Adları çəkilməyən üç avropalı məmur bu barədə ABŞ-nin "Politico" nəşrinə məlumat verib. Onların sözlərinə görə, qaydalar təsdiqlənərsə, ruslar yalnız birdəfəlik "Şengen" vizası ala biləcəklər. Bu çərçivədə yalnız müəyyən humanitar səbəblər və şəxslərin (əgər varsa) Aİ vətəndaşlığı istisna sayılacaq.
Məmurlar diqqətə çatdırırlar ki, yeni qaydalar bu həftə təsdiqlənib qüvvəyə minəcək. Ruslara qarşı bu cür sərt tədbirlərin Rusiya Ordusunun Ukraynaya qarşı apardığı müharibədən irəli gəldiyi vurğulanır.
Xatırladaq ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Aİ Moskvaya qarşı bir sıra sanksiya və tədbirlərlə yanaşı ruslar üçün viza rüsumlarını da artırıb. Bir çox ölkə, o cümlədən Baltikyanı ölkələr öz ərazilərinə rusların girişini məhdudlaşdırıb, yaxud tamamilə yasaqlayıb.
Avropa Komissiyasının məlumatına əsasən, 2024-cü ildə 500 mindən çox rus "Şengen" vizası alıb. Bu rəqəm 2023-cü il üzrə göstəricidən çox, ancaq müharibədən qabaqkı dövrə nisbətdə azdır. 2019-cu ildə ruslar 4 milyondan çox viza alıblar. Macarıstan, Fransa, İspaniya və İtaliya ruslara ən çox viza verən ölkələrdir.
Firudin Həmidli
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта