RU

AzTV dən üzr İSTƏNİLDİ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

“Noyabrın 5-də “metbuat.az” xəbər portalında "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə bağlı məqalə dərc edilib. “AzTV sədri buna görə vurulurmuş” başlığı ilə yayımlanan məqalə redaksiyaya göndərilən məlumatlar əsasında hazırlanıb. Təəssüf ki, məqalə sosial şəbəkə platformalarında mövcud olan bir sıra qruplar və səhifələr tərəfindən təkrarən paylaşılarkən, ona əsası olmayan əlavələr edilib, təhriflərə yol verilib”.

Redaktor.az xəbər verir ki, bu barədə “metbuat.az” xəbər portalının yaydığı təkzib xarakterli məlumatda bildirilib.

“Portal olaraq bəyan edirik ki, sözügedən məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində heç bir mənfi niyyətimiz olmayıb. AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzağıq. Hazırladığımız xəbərin manipulyasiya edilməsinin, AzTV-yə qarşı aparılan qərəzli kampaniyaya alət edilməsinin qarşısını almaq üçün onu “Metbuat.az”ın səhifəsindən sildik.

Apardığımız araşdırma zamanı məlumat təsdiqini tapmadığı üçün xəbəri təkzib edirik. Bu vacib məqamı oxucularımızla bölüşməklə yanaşı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə üzrxahlığımızı bildirir, onların peşəkar kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayır, fikirlərini işıqlandırmağa hazır olduğumuzu bəyan edirik”, - portalın təkzibində vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
7
redaktor.az

10Источники