RU

Agentlik: Qrant müsabiqələrində Qərbi Azərbaycana qayıdış prioritet istiqamət olacaq

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəriciləri getdikcə yüksəlir.

APA xəbər verir ki, bu fikirləri bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə Agentliyin icraçı direktoru Aygün Əliyeva deyib.

O bildirib ki, əgər 2022-ci ildə bu istiqamət üzrə Agentlik xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb: “Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-ə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab çap edib, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlanıb”.

O qeyd edib ki, son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində Qərbi Azərbaycana qayıdış prosesi prioritet istiqamət olacaq: “Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
7
apa.az

10Источники