RU

"Qarabağ" -"Çelsi": qələbəyə bərabər heç-heçə

Azərbaycanın "Qarabağ" komandası Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunun oyununu Bakıda İngiltərənin "Çelsi" komandası ilə keçirib.

Oxuməni.az-ın məlumatına görə,Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən və avstriyalı baş hakim Sebastian Gişhamerin idarə etdiyi oyun 2-2 hesabı ilə başa çatıb.

"Qarabağ"ın qollarını Leandro Andrade və Marko Yankoviç, qonaqların qollarını isə Alexandro Qarnaço və Estevao vurub.

Qurban Qurbanovun məşqçisi olduğu komanda beşinci turun oyununu 25 noyabrda səfərdə İtaliyanın "Napoli" komandası ilə keçirəcək.

"Qarabağ" əvvəllər Çempionlar Liqasının əsas mərhələsində Portuqaliya "Benfika"sı (3-2), Danimarkanın "Kopenhagen"i (2-0) və İspaniyanın "Atletik Bilbao"su (1-3) ilə oynayıb.

Hazırda Ağdam komandası ümumi turnir cədvəlində yeddi xalla 12-ci yerdədir. "Çelsi" ilə çətin heç-heçə (2-2) pley-offa vəsiqə qazanmaq üçün daha bir addımdır.

Çərşənbə günü keçirilən oyunların nəticələri:

"Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) - 2:2

"Pafos" (Kipr) - "Vilyarreal" (İspaniya) - 1:0

"Ayaks" (Hollandiya) - "Qalatasaray" (Türkiyə) - 0:3

"Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya) - 0:1

"Brügge" (Belçika) - "Barselona" (İspaniya) - 3:3

"İnter" (İtaliya) - "Kayrat" (Qazaxıstan) - 2:1

"Mançester Siti" (İngiltərə) - "Borussiya" (Almaniya) - 4:1

"Marsel" (Fransa) - "Atalanta" (İtaliya) - 0:1

"Nyukasl" (İngiltərə) - "Atletik Klub" (İspaniya) - 2-0

"Qarabağ" parlaq oyun nümayiş etdirdi. Ağdam komandası Avropa futbol azarkeşlərinin qəlbini fəth etməyə və Çempionlar Liqasındakı uğurlu çıxışı ilə azarkeşlərini və Azərbaycan xalqını sevindirməyə davam edir. Hazırkı Klublararası Dünya Kubokunun qalibi və dünyanın ən güclü liqalarından birinin (əgər ən güclü deyilsə) təmsilçisi olan “Çelsi”dən xal almaq asan deyil, bu, böyük bir uğurdur.

Almaz Həsənli

Избранный
16
1
oxumeni.az

2Источники