ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına viza qaydalarını daha da sərtləşdirməyə hazırlaşır və yalnız “birgirişli viza” vermək üçün yeni tənzimləmə hazırlayır.
"Cebheinfo.az" xəbər verir ki, “Politico” yüksək rütbəli avropalı siyasətçilərdən birinə istinadən yazır ki, bu tənzimləmə Ukraynaya qarşı davam edən müharibəyə görə Moskvanı cəzalandırmaq səylərinin bir hissəsi olacaq.
Yeni qaydalara əsasən, Rusiya vətəndaşlarına çoxgirişli Şengen vizaları əvəzinə yalnız “birgirişli” vizaların verilməsi planlaşdırılır.
Aİ Komissiyasının humanitar səbəblər və ya Aİ vətəndaşlığı olan şəxslər üçün bəzi istisnalar tətbiq etməsi gözlənilir və bu tənzimləmənin bu həftə açıqlanacağı bildirilir.
Digər tərəfdən, viza vermək səlahiyyəti üzv ölkələrin milli səlahiyyət sahəsinə daxildir.Aİ Komissiyası prosesi çətinləşdirmək imkanına malik olsa da, Rusiya vətəndaşlarına tam miqyaslı qadağa tətbiq etmək səlahiyyətinə malik deyil.
Xatırladaq ki, Aİ 2022-ci ildə Rusiya ilə daha əvvəl imzalanmış viza asanlaşdırılması sazişini dayandırdığını açıqlamış və sonradan Rusiya vətəndaşlarına vizalarla bağlı daha sərt məhdudiyyətlər tətbiq etmək üçün yeni qaydalar hazırlamışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.