RU

Vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə maliyyə sanksiyası tətbiq ediləcək

Bakı. Trend:

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizəninverilməməsinə görə 200 manat məbləğində maliyyəsanksiyası tətbiq ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, vergiorqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən(kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xaricikommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisnaolmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanınaərizə verilir.

Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlətqeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial vənümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyatakeçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasındansonra 30 gün müddətində verilməlidir.

Избранный
50
7
az.trend.az

3Источники