RU

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə vergi güzəşti tətbiq ediləcək

Bakı. Trend:

İctimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçünvergi güzəşti tətbiq ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Sənədə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan fizikişəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldəedilən gəlirlər gəlir (mənfəət) vergisindən azad ediləcək.

174.5-ci maddədə bildirilib ki, tibb müəssisələrinin və özəltibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrüərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydadaPOS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşandövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinəonun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələrnəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiyaedilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Избранный
51
4
az.trend.az

3Источники