RU

Bankların iflas proseduru çərçivəsində aktivlərinin ƏDV-dən azad olunma müddəti artırılır

Bankların iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad olunma müddəti daha 5 il uzadılır.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 9 il müddətinə ƏDV-dən azaddır.

Layihəyə əsasən, 9 il müddəti 14 ilə qaldırılır.

Hazırda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə əmlak vergisini və aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı torpağa görə torpaq vergisini ödəməkdən 2019-cu il yanvarın 1-dən 7 il müddətinə azaddır. Bu müddətlər də daha 5 il artırılır.

Избранный
53
5
apa.az

6Источники