Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 3 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz |
2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 5 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi |
2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 7 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi |
Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
| Vergiyə cəlb edilən aylıq gəlir | Verginin dərəcəsi | |||
| 8000 manatadək | 0 faiz | |||
| 8000 manatdan çox olduqda | 8000 manatdan çox olan məbləğin 14 faizi |
Milli.Az