Bu gün Salyan və Sabirabad rayonlarının bir sıra kəndlərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Publika.az-a Azərişıq ASC-dən məlumat verilib.
Bildirilib ki, dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində magistral xətt Azərişıq ASC-nin hava xətləri ilə kəsişir.