RU

Marko Rubio Mərkəzi Asiya ölkələri ilə “5+1” formatında əməkdaşlığın yeni mərhələsini elan edib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Birləşmiş Ştatların dövlət katibi Marko Rubio Vaşinqtonda, Dövlət Departamentinin binasında Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüş keçirib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın bu ölkələrin liderləri ilə keçirəcəyi görüş ərəfəsində təşkil olunan bu tədbirdə çıxış edən Marko Rubio Mərkəzi Asiya ölkələri ilə “5+1” formatında əməkdaşlığın yeni mərhələsinin başladığını elan edib.

Rubio çıxışında Prezident Trampın rəhbərliyi altında Vaşinqtonun xarici siyasətinin ABŞ-ın milli maraqlarına möhkəm şəkildə əsaslandığını vurğulayıb və əlavə edib ki, həmin maraqlar çərçivəsində effektiv diplomatiya xaricdəki tərəfdaşlarla uzlaşdıqda öz səmərəsini verir. “Bizim milli maraqlarımız üst-üstə düşərsə, məhz o zaman tərəfdaşlıq qurmalı və dərin əlaqələr yaratmalıyıq”, - deyə o bildirib. Dövlət katibi qeyd edib ki, bu uyğunluq Mərkəzi Asiya ölkələri ilə bir çox sahələrdə mövcuddur.

ABŞ dövlət katibi iqtisadi inkişafı əsas ortaq prioritet kimi səciyyələndirib. O, Mərkəzi Asiyanın təbii sərvətləri davamlı böyüməyə çevirmək istəklərini qəbul edərkən, Amerika bizneslərinin yeni bazarlara çıxması üçün imkanlara diqqət çəkib. “Siz sadəcə enerji və ya mineral mənbəyi olmaq istəmirsiniz. Siz bundan məsuliyyətlə istifadə edərək iqtisadiyyatlarınızın digər sektorlarını qurmaq istəyirsiniz ki, xalqınız üçün uzunmüddətli imkanlar yaradasınız və daha da inkişaf edəsiniz”, - deyə Rubio bildirib.

Rubio ABŞ-ın bu regiondakı iştirakının son illərdə zəiflədiyini etiraf edib. O qeyd edib ki, belə formatda sonuncu sammit on il əvvəl keçirilib və hazırkı görüş Vaşinqtonun dünyanın tez-tez qlobal böhranların kölgəsində qalan bir hissəsində strateji varlığını bərpa etmək üçün bir şansdır. “Biz çox vaxt böhran və problemlərə o qədər çox vaxt sərf edirik ki, bəzən yeni maraqlı imkanlara kifayət qədər vaxt ayırmırıq”, - deyə Rubio vurğulayıb.

Dövlət katibi gələn il Mərkəzi Asiyanın beş dövlətinin hamısına səfər etmək niyyətində olduğunu açıqlayıb.

“Düşünürəm ki, bu, Mərkəzi Asiyadakı münasibətlərimizdə maraqlı fürsət və yeni bir dövrdür. Ağ Evdəki ofisimdən münasibətlərin daha da inkişafı üçün əlimdən gələni etmək niyyətindəyəm”, - deyə Rubio əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
1
azertag.az

2Источники