RU

Kartof yığımı bu il azalıb: Ən çox yığım hansı rayonlardadır? (TOP20)

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda kartof yığımı sahəsi 44,4 min hektar, yığılan məhsul isə 874,8 min ton təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə sahə üzrə 1,7 min hektar azalma (–3,9%) və məhsul üzrə 17,5 min ton azalma (–2%) deməkdir.

Bununla belə, DSK-nin statistikasına əsaslansaq, məhsuldarlıq artıb. Ötən ilin 193,3 sentnerindən bu il 197,2 sentnerə yüksəlib.

Ən yüksək məhsuldarlıq Qazax (380 sent/ha), Cəlilabad (322,7 sent/ha) və Ağstafa (310,8 sent/ha) rayonlarında qeydə alınıb.

Ən çox məhsul yığımı isə ənənəvi olaraq Şəmkir (191,4 min ton), Tovuz (136,8 min ton) və Gədəbəy (112,6 min ton) rayonlarında olub.

 

Избранный
15
banker.az

1Источники