RU

Azərbaycan enerji içkilərinin aksiz dərəcələrini artıra bilər

Azərbaycanda enerji içkilərinin aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

Missiya.Az "Report"a xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, alkoqolsuz energetik içkilərinin hər litrinə görə aksiz dərəcələrinin 3,1 manatdan 3,3 manata, eləcə də tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı 9 %-dən çox olmayan) hər litrinə görə aksiz dərəcələri 0,4 manatdan 0,5 manata çatdırılması nəzərdə tutulur.

Избранный
14
7
missiya.az

8Источники