Gələn ildən dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün adambaşına maliyyələşmə çərçivəsində dövlət büdcəsindən vəsait ayrılmayacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üzrə dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ödənilir.
"Cebheinfo.az"