RU

Brüssel Belqrad qarşısında tələb qoyub

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az Almaniyanın “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, noyabrın 4-də dərc olunmuş Serbiya 2025 hesabatda Serbiyanın viza siyasətinin vətəndaşları giriş vizası tələb edən üçüncü ölkələrin Avropa siyahısına yalnız qismən uyğun gəldiyi bildirilir. “Ruslara Serbiya vətəndaşlığının verilməsi və bununla da onlara Aİ-yə vizasız girişin verilməsi təcrübəsi birlik üçün potensial təhlükəsizlik riskləri yaradır. Halbuki, Rusiya vətəndaşlarına pasportların verilməsinin məhdudlaşdırılması tələbi yeni üzv dövlətlərin qəbulu ilə bağlı Aİ-nin siyasətini müəyyənləşdirən Genişlənmə Paketində yer alıb”, - sənəddə vurğulanır. Brüssel Serbiyanın Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina etməsinə də diqqət çəkib. AK Belqradın Aİ Şurasının bəzi qərarlarını, o cümlədən Rusiyanın hərəkətlərini pisləyən qərarları qismən dəstəklədiyini, lakin eyni zamanda “Moskva ilə yüksək səviyyədə əlaqələri və anti-Qərb təbliğatı elementləri ilə ritorikasını qoruyub saxladığını” bildirib. Aİ həmçinin qeyd edib ki, Serbiya prezidenti Aleksandar Vuçiç Rusiya rəhbərliyi ilə “nümayişkarənə əlaqələr” saxlayır. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
2
azvision.az

3Источники