RU

CASCFEN “Ulduzlar”la iş birliyi edəcək

Özünün türk dünyasındakı geniş fəaliyyətləri ilə tanınan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) eyni zamanda ölkə içində çalışmaları ilə də seçilir. Bu baxımdan qurumun müxtəlif layihələri icra etməsi, özəlliklə də vətəndaş cəmiyyəti qurumları ilə iş birliyini genişləndirməyə üstünlük verməsi diqqət çəkir.

Sözügedən qurum bugünlərdə Xaçmazda artıq 65 ildir fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi ilə iş birliyi Protokolu imzalayıb.

CASCFEN-dən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, Protokolu qurumun sədri, Əməkdar jurnalist Nadir Azəri və “Ulduzlar”ın baş katibi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aqşin Dadaşoğlu Xaçmaz şəhərində imzalayıb.

Protokol

Protokol mübadiləsi

Protokolla tərəflər bundan sonrakı fəaliyyətlərini əlaqələndirəcək, bir-birilərinə ictimai dəstək verəcək. Eyni zamanda CASCFEN-in “Ulduzlar”a media dəstəyi də Protokolla təsbit edilib.

Protokol imzalandıqdan sonra CASCFEN “Ulduzlar”ın kitabxanası üçün müxtəlif janrlı kitablar hədiyyə edib.

Kitibablar

Kitibablar hədiyyə edilib

Qeyd edək ki, CASCFEN 2003-cü ildə qurulub, beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu qurum Azərbaycan dövlətinin də diqqət mərkəzində olmaqla QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ciddi layihələr icra etməsi ilə diqqət çəkir.

Избранный
13
3
turkustan.az

4Источники