RU

"Bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək" - Xidmət rəisi

“Dəyişikliklərin nəticəsində dövlət büdcəsinə əlavə 623 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Xidmət rəisi bildirib ki, digər dəyişikliklər isə daha çox uzunmüddətli perspektivdə öz təsirini göstərəcək "Xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyasını və gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək. Dövlət-özəl tərəfdaşlığı layihələri, avtomobil istehsalı, gəmiqayırma, balıqçılıq, kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunan vergi güzəştləri həmin sahələrdə əlavə dəyərin və istehsal həcmlərinin artmasına səbəb olacaq. Həmçinin bərbər və gözəllik sahəsində xidmətlər üzrə “ƏDV geri al” mexanizminin tətbiqi bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək”.

Избранный
63
50
unikal.az

10Источники