Sabah iş günü qısaldılacaq.
AzEdu.az xəbər verir ki, bu, bir gün sonra qeyd olunacaq bayramla əlaqədardır.
Belə ki, 8 noyabr tarixində Azərbaycanda Zəfər Günü qeyd olunacaq.
Əmək Məcəlləsinə əsasən, bayramdan əvvəlki iş günü bir saat az olur. Buna görə də 7 noyabr cümə günü iş saatları adi günlərlə müqayisədə bir saat az olacaq.