RU

Peospektdə “Chevrolet” işıq dirəyinə çırpılaraq tanınmaz hala düşdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Atatürk prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 5-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Chevrolet Cobalt” markalı avtomobil yoldan çıxaraq qəzaya düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün yağışlı havada avtomobili yüksək sürətlə idarə etməsi olub. Nəticədə idarəetməni itirən sürücü yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil sıradan çıxıb, sürücü yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
60
avtosfer.az

1Источники