NATO-nun baş katibi Mark Rutte alyansı Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Yaxın gələcək üçün Rusiya Avropada və dünyada sabitliyi pozan qüvvə olaraq qalacaq. Rusiya qlobal qaydaları pozmaq cəhdlərində tək deyil", - baş katib bildirib.
Rutte vurğulayıb ki, Rusiya müdafiə və sənaye sahəsində əməkdaşlığı görünməmiş səviyyəyə yüksəldən Çin, Şimali Koreya, İran və digər ölkələrlə əməkdaşlıq edir .
NATO-nun baş katibi alyans ölkələrini sadəlövh olmamağa və uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb.