RU

Gələn il büdcədən onkoloji xəstəliklərin müalicəsinə 118 milyon manat vəsait ayrılacaq

2026-cı il üçün dövlət büdcəsində onkoloji xəstəliklərin müalicəsinə 118 milyon manat vəsait ayrılacaq. Bu, cari illə müqayisədə təxminən 10 faiz çoxdur. Bunu maliyyə naziri Sahil Babayev deyib. 

Nazirin sözlərinə görə, səhiyyə xərclərinin artırılması bu sahədə artan tələbatla bağlıdır. “Onkologiya üzrə ehtiyac böyükdür, məsələni müzakirə edirik. Gələcəkdə digər tibbi xidmətlərin də icbari sığorta çərçivəsinə daxil edilməsi əsas prioritetlərdəndir,” –  Babayev qeyd edib.

O əlavə edib ki, tibbi sığorta sisteminin mərhələli şəkildə genişləndirilməsi növbəti dövrlərdə təmin olunacaq və bu, əhalinin səhiyyə xidmətlərinə çıxışını daha da yaxşılaşdıracaq.


2020-ci ildən ölkə üzrə tətbiq edilən icbari tibbi sığorta sisteminə hazırda 2500-dən çox tibbi xidmət daxildir. Dövlət Agentliyinin məlumatına görə, 2025-ci ilin sonuna qədər bu zərfin genişləndirilməsi və xüsusilə onkoloji, kardioloji və reabilitasiya xidmətlərinin əlavə olunması planlaşdırılır. Rəsmi statistikaya əsasən, Azərbaycanda hər il 9 minə yaxın insanda onkoloji xəstəlik aşkarlanır.

Gülnar Nazimqızı

Избранный
24
anews.az

1Источники