RU

Deputatdan nümunəvi addım: Orqan donoru olmaq istəyir

Azərbaycan səhiyyəsi bu günlərdə tarixində mühüm bir mərhələni arxada qoydu – ölkəmizdə ilk dəfə meyit donorun ürəyi uğurla transplantasiya edildi.

Bu hadisə təkcə tibbi baxımdan deyil, həm də mənəvi və ictimai dəyərlər baxımından xüsusi əhəmiyyət kəsb edir.

Cəmiyyətdə orqan donorluğu anlayışının formalaşması, insanların bu məsələyə daha həssas və humanist yanaşması səhiyyə sisteminin inkişafı ilə yanaşı, sosial məsuliyyət hissinin də güclənməsinə səbəb olur.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da Bakıvaxtı.az vasitəsilə bu hadisəyə münasibət bildirərək, “orqanlarınızı bağışlayarsınızmı” sualına belə cavab verib:

“Bu addımı çox yüksək qiymətləndirirəm. Bu, böyük bir xeyirxah işdir. İnsanlar buna mütləq getməlidirlər. Hər kəsi bu məsələdə fəal olmağa çalışıram. Mən də təbii ki, böyük məmnuniyyətlə bütün doğmalarıma tövsiyə edəcəm ki, daxili orqanlarımdan istifadə edilsin”.

Xatırladaq ki, mərhum deputat Qənirə Paşayeva da həyatdaykən könüllü şəkildə orqan donoru olduğunu bəyan etmiş, bu addımı ilə cəmiyyətə nümunə göstərmişdi. O, orqan donorluğunu insanlıq və mərhəmət dəyəri kimi qiymətləndirir, bu sahədə maarifləndirmənin vacibliyini dəfələrlə vurğulayırdı.

Bu baxımdan, meyit donorun ürəyinin uğurla transplantasiya olunması həm Azərbaycan səhiyyəsinin böyük nailiyyəti, həm də insanlıq adına dərin mənəvi mesaj kimi dəyərləndirilir.

Избранный
31
news365.az

1Источники