RU

Bunu heç gözləmirdim Video

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

"Albom tamaşaçılara düşündüyümdən də maraqlı gəldi. Bir layihə edəndə heç vaxt düşünmürəm ki, reaksiya necə olacaq? Çünki düşünürəm ki, öz işini gözəl gör, nəticəzi Yaradandan... Çalışıram gözəl iş görüm, nəticəni düşünməyim. Özünə və sənətinə güvənəndə".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "İncə səhər" proqramında deyib. Pop kraliça "Best of Aygun - All stars" albomundan danışıb. Kazımova bildirib ki, yaxın günlərdə albomun televiziya versiyası olacaq:

"Bunu bir konsert şəklində düşünürük. Amma televiziya versiyasında. Murad Dadaşov və onun sağ əli Toğrulla artıq bu plan haqda danışmışıq. Konsert şəklində ideyası yoxdur. Bəlkə ikinci albomdan sonra bunu edərik.

Nə gözəl ki, mən müğənni doğulmuşam. Sənətçilər, yaradıcılıqla məşğul olanlar başqa bir təbiyyətdə, ruhda olan insanlardır. Albomdakı hamını təbrik edirəm. Birlikdə gözəl iş ortaya çıxartdıq. Mədəniyyətimizə, şou-biznesimizə müxbət təsiri olan layihədir".

Pop kraliça albomun ikinci hissəsinin olacağını bildirib:

"Best of Aygun 2" albomu da olacaq. Birinci albomda yer almayanlar arasında məndən inciyənlər oldu. Amma onlara dedim ki, Allahın yadından çıxmayasınız. Birincidə olmayanlar ikincidə, ikincidə olmayanlar üçüncüdə olacaqlar. Mən yaşadığım müddətdə mahnılar yaratdığım müddətdə bu layihə silsilə şəklində davam edəcək".

Kazımova bildirib ki, Türkiyədə də mahnılarına müraciət edənlər olur. Növbəti albomlarda türk ifaçılar da yer ala bilər. 

Qeyd edək ki, Pop kraliçanın mahnılarını Ajda Pekkan, Müslüm Gursəs, Sinan Akçil və başqakaları oxuyublar. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
axsam.az

1Источники