Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
FIFA "dünya sülhünü təşviq edən şəxsləri şərəfləndirmək" üçün yeni bir sülh mükafatı təsis edir.
ABŞ Prezidenti Donald Trampın qatıldığı qəbulda mükafatı rəsmi olaraq elan edən FIFA prezidenti Canni İnfantino mükafatın 5 dekabrda Vaşinqtonda keçiriləcək Dünya Kuboku püşkatması zamanı veriləcəyini söylədi.
İnfantino açıqlamasında bildirib ki, “Getdikcə daha çox bölünən və dağıntılarla üzləşən bir dünyada münaqişələrə son qoymaq və insanları sülh ruhunda bir araya gətirmək üçün çalışanların töhfələrini qəbul etmək əsas məsuliyyətdir”.
Tədbirdə İnfantino Trampı “yaxın dost” adlandıraraq deyib: “Onun inanılmaz enerjisi var. O, dediyini edir, düşündüyünü deyir, bir çox insanın düşündüyünü, amma ifadə edə bilmədiyini deyir. Buna görə də o, bu qədər uğurludur”.
Bir jurnalistin “ilk laureatın bu gün səhnədə gördüyümüz biri olacağı” sualına o, “5 dekabrda görəcəksiniz” cavabını verib.
Qeyd edək ki, Tramp prezidentliyi dövründə bir neçə dəfə Nobel Sülh Mükafatına namizəd göstərilib, lakin bu il ABŞ-nin dəstək kampaniyasına baxmayaraq, mükafatı Venesuela müxalifət lideri Mariya Korina Maçadoya uduzub.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.