Gürcüstanda sabiq prezident Mixeil Saakaşvili, müxalifət liderləri - Giorgi Vaşadze, Nika Qvramiya, Nika Meliya, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazradze və Badri Caparidzeyə qarşı cinayət işi açılıb.
Bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin şəxslər Gürcüstanda konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda ittiham olunurlar.