AFFA İntizam Komitəsi "Neftçi" klubunu cərimələyib.
ONN media xəbər verir ki, buna Misli Premyer Liqasının X turunda "Kəpəz"lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.
"Ağ-qaralar" bu səbəbdən 2500 manat ziyana düşüb.
Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.
"Turan Tovuz" "Şamaxı" ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, "Sumqayıt" isə "Araz-Naxçıvan"la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта