RU

Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib - Prokuror - MƏHKƏMƏ

Bakı. Trend:

Noyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasıvətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesidövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilədavam etdirilir.

AZƏRTAC xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilənşəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarınıtəsdiq edən sənədlərin və sübutların elan olunmasınabaşlanılıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin vəsübutların təqsirləndirilən şəxs Harutyunyan Arayik Vladimiri(Vladimiroviç) ilə bağlı olan hissəsini diqqətə çatdırıb.Bildirilib ki, təqsirləndirilən Arayik Harutyunyanın 1991-ci ilindekabr ayında cinayətkar birliyə qoşulmaqla 20 sentyabr 2023-cüilədək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəliffunksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmişbütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsiməhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib.

Diqqətə çatdırılıb ki, tədqiq edilmiş materiallardan birinəəsasən, Arayik Harutyunyanın 1990-cı illərdə Azərbaycana qarşıtörədilən cinayətlərdə qardaşı ilə birlikdə iştirak etdiyi, habeləKərkicahan qəsəbəsində, Xocalıda gedən döyüşlərə qatılmasıtəsdiqini tapıb.

Qeyd edilənlər onun sıravi iştirakçı olmadığını, düşmənordusunun döyüş qabiliyyətinin təmin edilməsində, silahlıdəstələrin fasiləsiz təchizatında və onların qanunsuz silahlıəməliyyatlar aparmaq imkanlarının saxlanılmasında birbaşa roloynadığını sübut edir.

Qeyd olunub ki, məhkəmədə tədqiq etdilmiş videomaterialtəqsirləndirilən şəxsin təkcə Azərbaycanın vaxtilə Ermənistansilahlı qüvvələrinini işğalı altında olan ərazilərə səfəretmədiyini, həm də döyüş mövqelərinin yoxlanılması, oradakıqüvvələrin potensialının öyrənilməsi və hərbi əməliyyatlarındavamlılığının təmin olunmasına yönələn fəaliyyətlərdə bilavasitəiştirak etdiyini sübuta yetirir. Bu isə onun AzərbaycanRespublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı aparılansilahlı təcavüzün informasiya, təşkilati və kadr təminatıistiqamətində mühüm rol oynadığını bir daha təsdiqləyir. Bildirilibki, o, Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı çoxsaylıcinayətlərin, terror aktlarının törədilməsində iştirak etməkləyanaşı, qeyd edilən əməllərini sosial şəbəkələr vasitəsilə dünyayaçatdırmaqdan da çəkinməyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Məqalədə:
Избранный
28
44
az.trend.az

10Источники