RU

Enerji səmərəliliyi ilə əlaqəli enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament hazırlanıb

Bakı. Trend:

Enerji səmərəliliyi ilə əlaqəli enerji istehlak edən qurğu vəavadanlıqlara dair texniki reqlament layihələri ictimai dinləmə vəmüzakirəyə çıxarılacaq.

Trend bubarədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına NəzarətDövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vəAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin birgə təşkilatçılığı ilə 13 noyabr 2025-ci il, saat11:00-da “Bakı KOB evi”ndə Azərbaycan Respublikası EnergetikaNazirliyi tərəfindən hazırlanmış “Soyuducu avadanlıqların enerjietiketlənməsinə dair”, "Soyuducu avadanlıqlara ekodizayntələblərinə dair”, "Kondisionerlər və komfort ventilyatorlar üçünekodizayn tələblərinə dair”, “Kondisionerlərin enerjietiketlənməsinə dair", “İşıq mənbələrinin və ayrı-ayrı idarəetməmexanizmlərinin enerji etiketlənməsi haqqında”, “İşıq mənbələrininvə ayrı-ayrı idarəetmə mexanizmləri üçün ekodizayn tələblərihaqqında”, “Bişirmə sobalarının və havalandırma sistemlərininenerji etiketlənməsi haqqında”, “Bişirmə sobaları, plitələr vəhavalandırma sistemləri üçün ekodizayn tələbləri haqqında”, "Məişətpaltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların ekodizayntələblərinə dair”, “Məişət paltaryuyan və qurutma funksiyalıpaltaryuyan maşınların enerji etiketlənməsinə dair” və “Tozsoranlarüçün ekodizayn tələbləri haqqında” texniki reqlament layihələrininictimai dinləmə və müzakirəsi keçiriləcək.

Vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri,istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflərtəşkil olunacaq görüşə https://bit.ly/4nJ28tY linki üzərindənonlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər:

Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlamentlayihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlıtərəflərin bu reqlamentlərin hazırlanmasında aktiv iştirakınıntəşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin vəonların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətəçatdırılması məqsədilə aparılacaq.

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyədair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyintələbləri nəzərə alınmaqla təhlili və layihələrdə əks olunmasınadair müzakirələrin keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçininAgentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin“Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi”alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi)də yerləşdirilib.

Избранный
31
3
az.trend.az

9Источники