RU

Horadiz–Ağbənd avtomobil yolunun inşası gələn ilin ikinci yarısında başa çatacaq  

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi davam edir. Bu magistral Zəngəzur dəhlizinin bir hissəsini təşkil edir və birinci texniki dərəcəyə uyğun inşa olunur.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Ziyəddin Həsənov deyib.

O bildirib ki, ümumi uzunluğu 123,6 kilometr olan yolun 78,5 kilometrlik hissəsi altı hərəkət zolağından, 45,1 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5–29,5 metr arasında dəyişir.

“Layihə çərçivəsində 8 qovşaq, 44 alt keçid, 5 üst keçid, eləcə də müxtəlif diametrli 314 suötürücü qurğu və ümumi uzunluğu 12 kilometr olan 3 tunel inşa edilir. Hazırda tunellərin qazma işləri başa çatdırılıb, asfalt-beton örtüyü üzrə isə son mərhələdə işlər aparılır", - deyə mütəxəssis əlavə edib.

Z.Həsənov, həmçinin qeyd edib ki, layihə üzrə 24 körpünün tikintisi nəzərdə tutulub. Onlardan 23-nün tikintisi artıq tamamlanıb, bir körpüdə isə işlər davam etdirilir: "Ümumilikdə Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin 2026-cı ilin ikinci yarısında tam yekunlaşdırılması nəzərdə tutulur".

Избранный
13
8
azerbaijan-news.az

10Источники