Ermənistanın Sünik vilayətinin sabiq qubernatoru və keçmiş deputat Vahe Akopyan barəsində rəsmi şəkildə axtarış elan edilib.
Musavat.com xəbər verir ki, bu barədə yerli KİV-lər hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hazırda Akopyanın hansı maddə üzrə ittiham olunduğu açıqlanmır. Lakin məlumdur ki, onun barəsində hələ 2021-ci ildə mənimsəmə faktları əsasında cinayət işi açılmışdı. 2022-ci ilin noyabrında isə Akopyan deputat mandatından imtina etmişdi.
Qeyd edək ki, keçmiş deputatın qardaşı — “Təmiz Dəmir” zavodunun direktoru Karen Akopyan ötən ilin sentyabrında saxlanılmışdı. O da iqtisadi xarakterli cinayət işi çərçivəsində həbs edilmişdi.
Hazırda Vahe Akopyanın harada olduğu bilinmir və axtarış tədbirləri davam edir.
Musavat.com