RU

Bakı ilə bağlı Dövlət Xidməti hərəkətə keçdi

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Payız mövsümünün başlaması ilə əlaqədar olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejiminə keçib. Hazırda bütün tullantı və yağış xətlərində monitorinqlər aparılır, sistemlərin payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilməsi üçün texniki tədbirlər görülür.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yağış kollektor quyuları və daşıyıcı xətlər ayrı-ayrılıqda yoxlanılır, tutulma aşkarlanan yerlərdə xüsusi texnikalar vasitəsilə yuyulma işləri həyata keçirilir. Məqsəd, intensiv yağıntılar zamanı şəhər ərazilərində su yığılmasının qarşısını almaqdır.

Qurum bildirir ki, hər bir kollektorun müəyyən daşıma həcmi var və intensiv leysan yağışları zamanı sistemlər yüklənə bilər. Bundan əlavə, bəzi yaşayış massivlərində ümumiyyətlə təchizat sisteminin mövcud olmaması da su yığılmalarına səbəb olur.

"Belə halların qarşısını almaq üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti mütəmadi olaraq gücləndirilmiş iş rejimində çalışır. Tullantı su şəbəkəsi olmayan ərazilərdə sukanal idarələrinin qəza briqadaları cəlb olunur və yığılan suların maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin edilir. Vətəndaşlara isə müraciət olunur ki, su və tullantı su təchizatı ilə bağlı problemlərlə üzləşdikdə "955" Çağrı Mərkəzinə müraciət etsinlər. Çağrı Mərkəzi 7/24 rejimində fəaliyyət göstərir və daxil olan bütün müraciətlər operativ şəkildə qəbul edilərək aidiyyəti üzrə yönləndirilir", - deyə Xidmətin məlumatında vurğulanıb.

Banu Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
1
baku.ws

2Источники