RU

“Labubu” da sağlamlıq üçün təhlükəli kimyəvi maddə aşkarlanıb

Ajans.az xəbər verir ki,bu barədə İsveç Kimyəvi Məhsullara Nəzarət Agentliyi (Kemikalieinspektionen) məlumat yayıb. Qurumun açıqlamasına görə, aparılan laboratoriya testləri nəticəsində yeddi kukladan beşinin üz hissəsindəki plastik materialda yüksək səviyyədə DEHP (dietilheksil ftalat) maddəsi aşkar edilib. Agentlik bildirib ki, DEHP maddəsi reproduktiv sağlamlıq üçün zəhərlidir, məhsuldarlığa və dölün inkişafına mənfi təsir göstərə bilər. İsveçdə bu kimyəvi maddənin oyuncaqlarda istifadəsi 1990-cı illərin sonlarından etibarən qadağan olunub, lakin bəzi ölkələrdə plastiki yumşaltmaq üçün ucuz alternativ vasitə kimi hələ də tətbiq edilir. “Kiçik uşaqlar xüsusilə həssasdırlar, çünki bədənləri hələ inkişaf mərhələsindədir. Onlar tez-tez oyuncaqları ağızlarına qoyurlar ki, bu da DEHP maddəsinin orqanizmə daxil olma riskini artırır”, – deyə agentlik bildirib. Məlumata görə, İsveç gömrük orqanları ilin əvvəlindən bəri ölkəyə gətirilən 5300-dən çox saxta “Labubu” kuklasının idxalını dayandırıblar.

 

Избранный
37
Ajans.az

1Источники