RU

Türkiyə F 16 üçün yeni danışıqlara başlayır

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə F-16-ların qiyməti ilə bağlı “Lockheed Martin” şirkətilə yeni danışıqlar aparacaq.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbəyə istinadən məlumat yayıb.

“Ankara F-16 qırıcılarının milyardlarla dollarlıq sifarişilə bağlı qiymət mübahisəsini həll etmək üçün “Lockheed Martin”lə növbəti danışıqlara hazırlaşır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayında Ağ Evdə keçirilən görüşdə şəxsən amerikalı həmkarı Donald Trampdan F-16 “Block 70”lə bağlı müqaviləsini dəstəkləməsini xahiş etmişdi. ABŞ Konqresi 2024-cü ilin fevral ayında 40 ədəd “F-16 Viper” qırıcılarının alınmasını təsdiqləsə də, Ankara “Lockheed Martin” şirkətinin bort kompüterlərinin təkmilləşdirilməsi və yeni istehsal xətləri üçün pul ödəmək tələbinə etiraz edir”, - mənbə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
axar.az

1Источники