RU

bp "Azəri-Çıraq-Günəşli" blokunda ümumi hasilat həcmini açıqladı

Bakı. Trend:

Azərbaycanın şelf zonasında yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG)yataqları blokunda 1997-ci ilin noyabrında kommersiya hasilatınabaşlanıldığı andan etibarən 2025-ci ilin üçüncü rübünün sonunadəkümumilikdə 4,5 milyard barel neft hasil edilib.

Trend bu barədəbp-yə istinadən xəbər verir.

Həmin müddət ərzində AÇG-dən dövlətə ümumilikdə 60 milyardkubmbetr səmt qazı verilib.

Eyni zamanda, 2025-ci ilin ilk üç rübündə yataqda orta gündəlikhasilat təxminən 327 min barel neft təşkil edib ki, bu da 2024-cüilin müvafiq dövründəki 339 min barel göstəricisi ilə müqayisədəazalma anlamına gəlir.

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişinpodratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited”şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%),EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş(2,92%).

Məqalədə:
Избранный
33
az.trend.az

1Источники