RU

Ərbakan Baxçalıya səsləndi: Öcalanı elə çox istəyirsənsə, İmralıya özün get!

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Türkiyənin Yenidən Rifah Partiyasının sədri, ölkənin sabiq Baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan MHP sədri Dövlət Baxçalıya "sataşıb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə partiyasının qurultayından əvvəl media açqlamasında MHP lideri Dövlət Baxçalının tez-tez İmralı adasında ömürlük cəza çəkən PKK terror təşkilatının lideri Öcalanla görüş tələbi haqda suala cavabda danışıb.

Fatih Ərbakan MHP sədrinin "İmralıya komissiya göndərilməsi" təklifini tez-tez səsləndirməsinə bir anlam verə bilmədiyini deyib və ona replika atıb: "Əgər o, Öcalanı çox istəyirsə, özü İmralıya niyə getmir? Komissiya üzvlərindənsə, özü getsə, yaxşı olar"

Fatih Ərbakan keçmiş HDP həmsədri Səlahəddin Dəmirtaşın Avropa Məhkəməsinin qərarına uyğun olaraq azadlığa buraxılmalı olduğuna isə dəsətk verib.

Qarşıdakı Prezixent seçkilərinə gəldikdə isə, o, bu dəfə Ərdoğan və ya onun namzədini dəstəkləməyəcəyini bəribaşdan bəyan edib: "Bizim partiyanın namizədi özüm olacağam!"

Firudin Səfərli

MİA.AZ

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
mia.az

1Источники