Hurriyyet.az xəbər verir ki, "Republic Network" nəşrinin məlumatlı mənbələrə istinadla yaydığı məlumata görə, Hindistan ilə Ermənistan ümumi məbləği təqribən 4 milyard dollar dəyərində müdafiə müqaviləri bağlamağa hazırlaşırlar.
Nəşrin məlumatına görə, əməkdaşlıq HHM sistemlərinin, raket kompekslərinin və artilleriyanın modernləşdirilməsini əhatə edir.
Qəzetin yazdığına görə, tərəflər Ermənistanda "Akash-NG" zenit raketlərinin inteqrasiyasını və "BrahMos" səsdən sürətli raketlər üçün xətlərin quraşdırılmasını müzakirə edirlər. Həmçinin, "Pinaka" reaktiv sistemlərinin tədarükü ilə bağlı danışıqlar aparılır.
Hürr Tərcüman