RU

Zəfər Günü ilə əlaqədar DİN əməkdaşları ağacəkmə kampaniyası keçirdi - VİDEO

Polis əməkdaşları və Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Sabunçu rayonu ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, əvvəlcə Ramana qəsəbəsində seçilmiş ərazidə abadlıq və təmizləmə işləri aparılıb. Sonra polis əməkdaşları və hərbi qulluqçular yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini əkib, ağaclara aqrotexniki qaydada qulluq göstərib, suvarma işləri görüblər. Tinglərin  küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

"Cebheinfo.az"

Избранный
27
15
cebheinfo.az

10Источники