RU

Saakaşviliyə yenidən cinayət iş açıldı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili konstitusiya quruluşunu pozmaqda ittiham olunur.

XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

“Dövlətə qarşı cinayətlərə görə – sabotaj, xarici qüvvələrə düşmənçilik fəaliyyətində kömək, konstitusiya quruluşunun əsaslarına və milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlar – Mixail Saakaşvili, Georgi Vaşadze, Nika Qvaramiya, Nika Meliya, Zurab Çaparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Çaparidzeyə qarşı cinayət işi başlanıb”, - məlumatda qeyd olunub.

İttihamlar 2022-ci ilin fevral ayında Ukraynada münaqişənin başlamasından sonra Gürcüstanda baş verən hadisələrlə bağlıdır.

Zəhra

Xəbər 3 dəfə oxunub.
Избранный
20
15
xezernews.az

10Источники