RU

Laçında qanvermə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramıçərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyasıkeçirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankı və Laçınrayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgətəşkilatçılığı ilə baş tutub.

Hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin qanlatəminatına yardım məqsədilə təşkil olunan aksiyada Laçın rayonundaAzərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın Rayon MərkəziXəstəxanasının, hüquq-mühafizə orqanlarının əməkdaşları vəictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyada Səhiyyə Nazirliyi Respublika Qan Bankının Bərdəbölməsinin xüsusi tibb briqadasının həkimləri tərəfindən donorlarınsağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qangötürülüb.

Laçında
Laçında
Laçında
Laçında
Laçında
Məqalədə:
Избранный
35
7
az.trend.az

8Источники