Fransanın məşhur sabiq futbolçusu Tyerri Anri “Barselona”nın müdafiə taktikası ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, “CBS Sports” sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Onlar daim rəqibə boşluq verirlər və qapıçı ilə təkbətək vəziyyətlər yaranır. Gecikmiş qaçışlar nəticəsində hər dəfə qapıya çıxmaq mümkündür. Özün-özünü çətin vəziyyətə salmağın nə mənası var?”
Çərşənbə günü Kataloniya təmsilçisi Çempionlar Liqasının IV turunda Belçikanın “Brügge” klubu ilə qolsuz bərabərliyə (3:3) razılaşıb. Anrinin fikrincə, “Barselona”nın müdafiə xətti həddindən artıq irəlidə oynayır.Hazırda “Barselona” La Liqa cədvəlində 25 xalla ikinci pillədə qərarlaşıb. Çempionlar Liqasında isə Hans-Diter Flikin komandası 7 xalla 11-ci yerdədir.