ABŞ Dəməşqdəki hava bazasında hərbi kontingent yerləşdirmək niyyətindədir. Məqsəd Suriya və İsrail arasında gələcək təhlükəsizlik sazişinin həyata keçirilməsinə yardım etməkdir.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik məlumatlı mənbələrə istinadən yazıb ki, Vaşinqton təhlükəsizlik paktının həyata keçirilməsinə kömək etmək üçün Dəməşq aviabazasında hərbi gücünü yerləşdirməyə hazırdır.
Məlumdur ki, Vaşinqton sənədin imzalanmasında maraqlıdır və Suriya ilə İsrail arasında vasitəçi kimi çıxış edir.