Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Almaniyanın Hessen əyalətinin Hanau şəhərində naməlum şəxslər təxminən 50 avtomobilin və bir neçə binanın fasadına qanla çəkilmiş svastikalar təsvir ediblər.Avtosfer.az xəbər verir ki, məlumatı Bild qəzeti yayıb.Hadisə noyabrın 5-də axşam saatlarında qeydə alınıb. Yerli sakinlərdən biri avtomobilin üzərində svastika gördükdən sonra polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları daha sonra şəhərin müxtəlif yerlərində — digər avtomobillərin, binaların və poçt qutularının üzərində də oxşar işarələr aşkar ediblər.Ekspertizanın ilkin nəticələrinə əsasən, svastikaların çəkilməsi üçün istifadə olunan maddənin insan qanı olduğu müəyyən edilib.Polisin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı mülkiyyətə zərər vurma və qadağan olunmuş simvolların istifadəsi maddələri üzrə cinayət işi başlanıb.Xatırladaq ki, Hanau şəhəri 2020-ci ilin fevralında baş vermiş silahlı hücumla yadda qalıb. Həmin vaxt yerli sakin Tobias R. şəhərin qərbində yerləşən iki qəlyan barına atəş açmış, nəticədə anası da daxil olmaqla bir neçə nəfər həlak olmuşdu./Editor
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.