RU

"Həyat yoldaşım sevmirsə, mən də etmirəm"

"Hələ əməliyyat düşünmürəm. Kosmetoloji prosedurlara gedirəm. Aparatlarla üzümə qulluq edilir. Botoksuz olmaz, üzüm düşər. Amma əndazədən çıxmadan. Qırış yarananda onların qarşısını almağa çalışıram".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Qonaqcanlı" verilişində danışıb. Sənətçi həyat yoldaşı Rövşən Cahangirovdan danışıb. 

"Süniliyi özüm də sevmirəm, amma həyat yoldaşım da bəyənmir.  Amma heç qadağa qoymur. Çalışıram, onun sevmədiyi nəyisə etməyim. Tək kosmetoloji prosedurda yox, hər şeydə. Hər ailənin öz qaydası, ailə başçısı var. Son söz onundur. Qadın da öz yerini bilməlidir. Yoxsa 20 illik birlikdəlik olmazdı",- deyə, sənətçi bildirib.

Qeyd edək ki, Rövşən və Elnarə cütlüyünün 4 övladı var. 

Könül
Musavat.com

Избранный
7
2
musavat.com

4Источники