RU

Qırğızıstan hökuməti enerji istehlakına məhdudiyyətlər qoyur

BAKI, 6 noyabr. TELEQRAF

Qırğızıstan Nazirlər Kabinetinin qərarı ilə enerji səmərəliliyinin artırılması və elektrik enerjisindən səmərəli istifadənin təmin edilməsi üzrə tədbirlər həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, elektrik enerjisinə qənaət etmək məqsədi ilə inzibati hökumət binalarında daxili və xarici işıqlandırma və elektrik cihazlarından istifadə axşam saat 18:00-dan səhər saat 6:00-dək məhdudlaşdırılacaq.

Bu, 7/24 fəaliyyət göstərən və müdafiə, təhlükəsizlik, səhiyyə, sosial müdafiə və dövlət xidmətləri göstərən strateji obyekt və təşkilatlara şamil edilmir. Hökumətin açıqlamasında bildirilib ki, bu tədbirlərin həyata keçirilməsi enerji səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, nəticədə ayda təxminən 40 milyon kilovat-saata qənaət ediləcək.

Qeyd edək ki, bu ilin 9 ayında ölkədə elektrik enerjisi istehlakı 1 milyard kilovat-saata yaxın artıb. Hazırda Toktoqul su anbarında suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard kubmetr aşağıdır. Bu vəziyyət su və enerji resurslarının rasional idarə olunmasına fəal yanaşma tələb edir. Nazirlər Kabinetinin əsas məqsədi Toktaqul su anbarında sudan səmərəli istifadə və enerji avadanlığının yüklənməsinin optimallaşdırılmasıdır ki, bu da bütün enerji sisteminin etibarlı işləməsi üçün çox vacibdir.

Избранный
89
teleqraf.com

1Источники