RU

"Aktiv əsaslı maliyyələşdirmə üzrə Metodoloji Rəhbərlik" layihəsi hazırlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) "Aktiv əsaslı maliyyələşdirmə üzrə Metodoloji Rəhbərlik" layihəsi hazırlayıb.

FED.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, sənəd "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində alternativ maliyyə alətləri üzrə müvafiq hüquqi və tənzimləyici mexanizmlərin hazırlanması və bu mexanizmlərin tətbiqinin dəstəklənməsi məqsədilə hazırlanıb.

Bu xüsusda, Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələri üçün təlim keçirilib. Təlimdə alternativ maliyyələşmə məhsulları üzrə hesabatlıq çərçivəsi, aktiv əsaslı maliyyələşdirmə məhsullarının növləri, tətbiqi üsulları, işləmə prinsipləri və bu sahədə beynəlxalq təcrübə müzakirə olunub.

Metodoloji Rəhbərliyin əsas məqsədi kredit təşkilatları arasında qeyri-ənənəvi kreditləşmə həllərinin tətbiqinə dair bilik və bacarıqların artırılması, bu məhsullar üzrə risklərin səmərəli idarə olunması, eləcə də kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir.

Layihə yekunlaşdıqdan sonra kredit təşkilatlarına təqdim olunacaq.

Избранный
13
1
fed.az

2Источники