RU

Həbsdəki jurnalistə ailəsi ilə telefon danığına qoymurlar

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Həbsdə olan vəkil Zabil Qəhrəmanova ailə üzvləri ilə telefon danışığı aparmaq və görüşmək müəssisə rəhbərliyi tərəfindən qadağan edilib.

Gununsesi.info xəbər verir ki, Penitensiar Xidmətin Gəncədəki 3 saylı istintaq təcridxanasında saxlanılan Zabil Qəhrəmanova yalnız vəkilləri ilə əlaqə saxlamağa və görüşməyə icazə verilir. Bu barədə onun vəkillərindən biri məlumat verib:

“Bizə məlumat verildi ki, Zabil Qəhrəmanovun vəkillərindən başqa digər şəxslərlə telefon danışığına istintaq tərəfindən qadağa qoyulub. Bununla bağlı müstəntiqin qərarı var. Əlbəttə ki, biz bunu qanunsuz və əsassız hesab edirik. Qərardan məhkəməyə şikayət veriləcək”.

İstintaq təcridxanasında saxlanılan şəxsin həftədə iki dəfə telefon danışığı və bir dəfə də görüşmək hüququ var.

Gəncədə fəaliyyət göstərən vəkil Zabil Qəhrəmanov oktyabrın 23-də saxlanılıb, iki gün sonra məhkəmənin qərarı ilə onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib. Vəkilə qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.2.2 (xuliqanlıq – ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə törədiıldikdə) maddələri ilə ittiham irəli sürülüb.

Zabil Qəhrəmanov tutulduğu gün gündüz saatlarında avtomobil yuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə edib, ona xəsarət yetirməkdə və Emin İbrahimov adlı şəxsə qarşı dələduzluqda ittiham olunur.

Vəkil ittihamları rədd edir və peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

Qeyd edək ki, əsasən Gəncə və ətraf rayonlarda vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olan Zabil Qəhrəmanov ən çox bəraət alan vəkillərdən biri hesab edilir. O, hətta qəsdən adam öldürməyə görə 11 il azadlıqdan məhrum edilmiş şəxsə 4 il sonra bəraət verilməsinə nail olmuşdu.

Penitensiar Xidmətin mövqeyini öyrənməyə çalışacayıq.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
icma.az

1Источники