RU

“Araz-Naxçıvan”ın rəqibi müəyyənləşdi

Azərbaycan çempionu “Araz-Naxçıvan” Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq.

Fanat.Az xəbər verir ki, təmsilçimiz ¼ finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək. ¼ final oyunları isə 23 fevral 6 mart tarixlərində baş tutacaq.

Qeyd edək ki, turnir hazırkı formatda ilk dəfə təşkil olunub. Buna qədər əsas mərhələdən sonra elit-raud keçirilirdi.

Избранный
18
14
fanat.az

10Источники