RU

İcra başçısı Seymur Orucov növbəti dəfə vətəndaşları dinlədi - FOTOLAR

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir.

"Unikal" xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Tatlı və Aşağı Kəsəmən kənd tam orta məktəb binalarında təşkil olunan növbəti səyyar qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Səyyar qəbullarda giriş nitqi söyləyən RİH başçısı hər kəsin 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünü təbrik edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tam suveren dövlət olaraq gələcəyə inamla addımlayır.

Vətəndaşların müxtəlif məzmunlu təklif və müraciətləri qəbul olunub, qaldırılan məsələlərin həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.

Избранный
40
3
unikal.az

4Источники