RU

Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin nəzərinə

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.


Manset.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qaraağac " hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən, noyabrın 7-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Избранный
11
13
manset.az

10Источники