RU

Ağdam və Beyləqanda ağacəkmə aksiyaları keçirilib

Ağdam, 6 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində ağac əkilən ərazidə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib, onlara aqrotexniki qaydada qulluq göstərilib. Ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədilə, ümumilikdə 7100 ədəd müxtəlif növ ağac və dekorativ kol bitkiləri əkilib.

Zəfər Günü münasibətilə Beyləqan rayonunun Görüş adlanan ərazisində də ağacəkmə aksiyası keçirilib. Aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Избранный
40
2
azertag.az

3Источники